Goranboyda AĞIR QƏZA - 5 nəfər xəsarət aldı

11:05 - 05 Mart 2026

Goranboyda AĞIR QƏZA - 5 nəfər xəsarət aldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011"ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.

Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. /Apa



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az