“Lökbatan” dairəsində avtomobil motosikletlə toqquşdu - VİDEO

11:15 - 05 Mart 2026

“Lökbatan” dairəsində avtomobil motosikletlə toqquşdu - VİDEO

Martın 3-ü axşam saatlarında paytaxtın Səbail rayonu, Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında, mərkəz istiqamətində hərəkətdə olan minik avtomobili ilə “Lökbatan” dairəsi istiqamətində hərəkət edən motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. 

Qeyd olunub ki, müşahidələrə əsasən, bəzi hallarda ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etsələr belə, digər sürücülərin törətdikləri qayda pozuntuları nəticəsində yol-nəqliyyat hadisələri baş verir: “Bu cür qəzaların çox hissəsi ölüm və xəsarətlə nəticələnir.

Sürücülər bilməlidirlər ki, qəzalar və onların ağır nəticələrinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi riayət edilməli, yollarda yüksək məsuliyyət nümayiş etdirilməlidirlər”.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az