Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı ünvanda tapılıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.
Kənd sakini, 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində aşkar edilib.
Mərhumun bir uşaq atası olduğu bildirilir.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.