Şəkidə güclü yanğın başlayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında Şəkinin Dodu məhəlləsində hazırda yaşayış olmayan fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın genişlənərək qonşu evə də keçib.
Hazırda əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.