Lənkəranda maşınlar toqquşdu - Yaralılar var

18:16 - 28 Mart 2026

Lənkəranda maşınlar toqquşdu - Yaralılar var

Lənkəran-Lerik magistralının Lənkəranın Şağlaküçə kəndi ərazisindən keçən hissəsində avtomobillər toqquşub.


Manset.az Report-a istinadən xəbər verir ki, "Toyota Prius" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər Lənkəran sakini xəsarət alıb.

Belə ki, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Xarxatan kənd sakinləri 1997-ci il təvəllüdlü Mirşamil Namiq oğlu Hüseynzadə, 1997-ci il təvəllüdlü Mirabidin Asəf oğlu Məmmədzadə, Şovu kənd sakinləri 2005-ci il təvəllüdlü Aydan Eldar qızı Alxaslı, 2004-cü il təvəllüdlü Elgin Cavad oğlu Məmmədli və Rvo kənd sakini 2005-ci il təvəllüdlü Fərid Mübariz oğlu Ələsgərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az