“VAZ-2106” yük maşını ilə toqquşdu - Yaralı var

23:23 - 26 May 2026

“VAZ-2106” yük maşını ilə toqquşdu - Yaralı var

Cəlilabad rayonunda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Xətai küçəsi ilə A. Azərtürk küçəsinin kəsişməsində qeydə alınıb.


Manset.az xəbər verir ki, Masallı sakininin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən kiçik tutumlu “Ford” yük maşınının qarşısına çıxıb. Nəqliyyat vasitələrinin toqquşmasından sonra “06” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb.

Hadisə nəticəsində “VAZ-2106” markalı avtomobilin ön hissəsi ciddi şəkildə deformasiyaya uğrayıb. Qəza zamanı avtomobildə olan sərnişin ayaq-baldır nahiyəsinin sınığı diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanası çatdırılıb. Sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az