Balakəndə ev yandı - VİDEO

23:39 - 01 İyun 2026

Balakəndə ev yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən rayonu, Mahamalar kəndində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 448kv.m. olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 78kv.m. sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az