Ruslan Quliyev qəfil vəfat etdi 

12:56 - 08 İyun 2026

Ruslan Quliyev qəfil vəfat etdi 

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib.

 

Manset.az Sfera.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ölüm səbəbi ilə bağlı dəqiq məlumat hələlik açıqlanmayıb.

Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanda turizm sahəsinin inkişafında fəal iştirakı ilə tanınırdı və uzun illər müxtəlif layihələrə rəhbərlik edib. Allah rəhmət eləsin.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az