logo
logo logo
logo

Ağdamda ikiotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTOLAR

21:16 - 10 İyun 2026

Ağdamda ikiotaqlı ev əşyaları ilə birlikdə yandı - FOTOLAR

Ağdam rayonunda fərdi yaşayış evində yanğın baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1992-ci il təvəllüdlü Canəli Yaşar oğlu Mehrəliyevə məxsus ikiotaqlı yaşayış evində yanğın başlayıb. Nəticədə ev və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsinin iki yanğınsöndürmə avtomobili və şəxsi heyəti cəlb olunub. Alov söndürülüb, onun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az