logo
logo logo
logo

Sarayda küçə itləri yeniyetməyə hücum etdi 

20:31 - 12 İyun 2026

Sarayda küçə itləri yeniyetməyə hücum etdi 

Abşeron rayonunun Saray qəsəbəsində 14 yaşlı yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə uşağın atası Amid Turabov məlumat verib.

O bildirib ki, oğlu Mübariz Turabov həyətdə velosiped sürərkən küçə itlərinin hücumuna məruz qalıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə ağır vəziyyətdə Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az