Bu gün Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, 99-CU-784 dövlət qeydiyyat nişanlı avtomobil yük maşını ilə toqquşub. Nəticədə minik avtomobili aşıb.
Maşında qalan sürücü ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb. Sürücünün xəsarət aldığı bildirilir.