Balakəndə selin apardığı sakin, 43 yaşlı kişi Rzayev Aslan Ramazan oğlunun meyiti tapılıb.
Manset.az Report-a istinadən xəbər verir ki, onun meyiti düşdüyü yerdən bir az aralıda tapılıb.
Qeyd edək ki, hadisə Katex kəndində, eyniadlı çayda qeydə alınıb. Katex kənd sakini, 1983-cü il təvəllüdlü A.Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.
***
16:01
Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.
Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.