logo
logo logo
logo

Qadını şantaj edərək pul və qızıl əşyalarını talayan şəxs saxlanıldı

18:51 - 20 İyul 2026

Qadını şantaj edərək pul və qızıl əşyalarını talayan şəxs saxlanıldı

Suraxanı rayonu ərazisində qadının evindən 29 min manat pul vəsaiti və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.



Manset.az xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməlin zərərçəkənin 25 yaşlı qızı tərəfindən törədildiyi müəyyən olunub.

O, ifadəsində sosial şəbəkələrdə tanış olduğu bir nəfərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək pul tələb etdiyini və evdən oğurladığı maddi vəsaitləri həmin şəxsə verdiyini bildirib.

Qeyd edilən əməli törətməkdə şübhəli bilinən O. Bağırov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az