logo
logo logo
logo

Bakıda oteldən 10 min manatlıq oğurluq etdi - Saxlanıldı 

22:53 - 21 İyul 2026

Bakıda oteldən 10 min manatlıq oğurluq etdi - Saxlanıldı 

Səbail və Binəqədi rayonlarında oğurluq edənlər tutulub.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən otellərin birindən kondisioner, 2 ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D.Göycəyev müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus “Chevrolet” markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S.Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az