Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı Əliyev Əlizamin Şəfa oğlu, Məmmədov Zəfər Gülmirzə oğlu və Həsənov Həsən Əbilqasım oğlu xəsarət alıblar. Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə nəticəsində avtomobildə olan Əliyev Şəfa Süleyman oğlu isə aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.