Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Binəqədi şosesi, metronun "Azadlıq Prospekti" stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;
5. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
6. Dənizkənarı küçəsi, Bayraq meydanının qarşısından Azneft dairəsi istiqamətində;
7. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
8. Zərifə Əliyeva küçəsində;
9. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;
10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
12. Babək prospekti, mərkəz istiqamətində;
13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.