logo
logo logo
logo

65 yaşlı bibisini odunla öldürdü - YENİLƏNİB

15:22 - 07 Avqust 2026

65 yaşlı bibisini odunla öldürdü - YENİLƏNİB

Tovuzda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.


Manset.az xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğundan məlumat verilib.

Avqustun 6-da Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məhəbbət İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam edir.

    ***

    14:02

    Tovuz rayonunda silahlı insident baş verib.

    Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini 1961-ci il təvəllüdlü M.İsayeva odlu silahdan açılan atəşlə qətlə yetirilib.

    Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Ülvi İsayev saxlanılaraq istintaqa təhvil verilib. Onun qadının qardaşı oğlu olduğu bildirilib.

    Faktla bağlı araşdırma başlanılıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az