logo
logo logo
logo

Ucarda yük avtomobili yandı

20:36 - 06 Sentyabr 2026

Ucarda yük avtomobili yandı

Ucarda ağır tonnajlı yük avtomobili yanıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.

    Belə ki, Bakı istiqamətində hərəkətdə olan kabellə yüklənmiş ağır tonnajlı yük avtomobili anidən alışaraq yanıb.

    Hadisə yerinə FHN-in yanğınsöndürən briqadası cəlb olunaraq yanğın söndürülüb.

    Baş vermiş hadisə zamanı müəyyən müddətə yolda avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılıb.

    Müvafiq qurumlar tərəfindən artıq avtomobillərin hərəkəti bərpa olunub.
    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az