logo
logo logo
logo

Mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı

18:16 - 07 Sentyabr 2026

Mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı

Mənzil almaq adı ilə 15 min manatlıq dələduzluq edən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin etibarından sui-istifadə edərək onun maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov saxlanılıb.

    Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etdiyi və ümumilikdə 15 min manat pulunu mənimsədiyi müəyyən olunub.

    Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az