logo
logo logo
logo

Güclü külək bu bölgələrdə fəsadlar yaratdı - FOTO

19:42 - 07 Sentyabr 2026

Güclü külək bu bölgələrdə fəsadlar yaratdı - FOTO

Bölgələrdə güclü külək bir sıra fəsadlara səbəb olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, küləyin təsiri nəticəsində Bərdə və Tərtər rayonlarında iri gövdəli ağaclar aşıb.

    Ağacların aşması nəticəsində Bərdədə bir neçə evin dam örtüyünə ziyan dəyib.

    Həmçinin ağacların yola aşması nəticəsində işıqlandırma dirəklərinə və elektrik naqillərinə zərər dəyib.

    Güclü külək Ağdam rayonunun bir sıra kənd və qəsəbələrində də elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

    Hazırda yaranmış fəsadların aradan qaldırılması və elektrik enerjisinin verilişinin bərpası istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az