Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Hadisə nəticəsində bir nəfər ölüb, Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Tağıyev Elbrus və 1957-ci il təvəllüdlü Tağıyeva Nailya xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.