Gəncədə piyadanı maşın vurub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.
“VAZ-21015” markalı minik avtomobili yolu keçmək istəyən piyada 1974-cü il təvəllüdlü Elşən Alıyevi vurub.
Piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.