Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. İlkin məlumata görə, ölən piyada TIR sürücüsüdür.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.