Mingəçevir Su Anbarında iş görən 41 yaşlı kişi quyuya düşüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Çimərlik yolu yaxınlığında baş verib.
Belə ki, hündürlükdə iş görən 41 yaşlı Vüqar Abdullayev müvazinətini itirərək su təmizləyici qurğunun yanındakı quyuya düşüb.
Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.