logo
logo logo
logo

Maşın siqnalına görə mübahisə başladı - Ölümlə nəticələndi

23:16 - 26 Sentyabr 2026

Maşın siqnalına görə mübahisə başladı - Ölümlə nəticələndi

Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu Nadir qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib.

Tərəfləri sakitləşdirməyə çalışan İ. Həmidovun qohumu S. Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N.Axundov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az