Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Prius" ilə "KİA" markalı iki minik avtomobili toqquşub.
Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.