Azərbaycanda Əməkdar elm xadimi koronavirusdan VƏFAT ETDİ - FOTO

15:23 - 02 Mart 2022

Azərbaycanda Əməkdar elm xadimi koronavirusdan VƏFAT ETDİ - FOTO

Azərbaycannın Əməkdar elm xadimi koronavirusdan vəfat edib.

 

Bu barədə Manset.az-a Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib.

Bildirilib ki, universitetin Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov 81 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, V.Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. O, 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.

 

Azərbaycanın Əməkdar elm xadimi koronavirusdan vəfat edib


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az