Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən və xəsarət alanlar var

22:34 - 03 Sentyabr 2022

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən və xəsarət alanlar var

Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA”markalı avtomobilə, sonra isə mağazaya çırpılıb. Hadisə zamanı “VAZ-2106”-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri - 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nəminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. L.Məmmədova həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az