Oğuzda yük maşını velosipedçini vurdu

21:14 - 10 Sentyabr 2022

Oğuzda yük maşını velosipedçini vurdu

Oğuz rayonunda velosipedçinin vurulması ilə nəticələnən yol qəzası olub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Ford" markalı yük avtomobili qarşısına çıxan velosipedçini vurub. Hadisə zamanı velosipedçi  aldığı ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az