Avtomobil piyadanı vuraraq öldürdü

16:01 - 15 Sentyabr 2022

Avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Manset.az-a məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 14-ü saat 17 radələrində paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini E.Cəfərov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mansur İsmayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az