Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNDİ

20:50 - 15 Sentyabr 2022

Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNDİ

Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə  Manset.az-a FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə Manset.az-a  FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az