"Sea breeze"in yanında bahalı "Range Rover" qəza törətdi - Yaralılar var-FOTO

10:05 - 09 Oktyabr 2022

\"Sea breeze\"in yanında bahalı \"Range Rover\" qəza törətdi - Yaralılar var-FOTO

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az  xəbər verir ki, hadisə Nardaran qəsəbəsində yerləşən "Sea breeze" otelinin yaxınlığında qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli APA-ya bildirib ki, hərəkətdə olan "Range Rover" və "Kia" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində iki nəfər sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.

Hadisə yerinə polis, təcili yardım və FHN əməkdaşları cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az