Bakıda qəzalı ərazidə suyun çəkilərək kənarlaşdırılması sona çatdırıldı - VİDEO

11:05 - 16 Oktyabr 2022

Bakıda qəzalı ərazidə suyun çəkilərək kənarlaşdırılması sona çatdırıldı - VİDEO

Qaradağda qəzalı ərazidə suyun çəkilərək kənarlaşdırılması işi sona çatdırılıb.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat verildiyi kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonundan keçən hissəsində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə baş vermiş subasmanın aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi təmin olunub.

Belə ki, FHN-in qüvvələri tərəfindən Bakı-Qazax avtomagistralı boyu su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işi ötən gecə saatlarında sona çatdırılıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az