Bakıda məktəbin həyətində BIÇAQLANMA

14:23 - 18 Oktyabr 2022

Bakıda məktəbin həyətində BIÇAQLANMA

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, oktyabrın 16-na keçən gecə saat 02 radələrində Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən 286 saylı orta məktəbin həyətində 34 yaşlı Mətləb Aslanov bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

M.Aslanovun gecə saat 2-də məktəbin həyətinə niyə getməsi, kimlə münaqişə etməsi və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az