18 yaşlı ana doğuşdan 19 gün sonra ÖLDÜ

15:00 - 18 Oktyabr 2022

18 yaşlı ana doğuşdan 19 gün sonra ÖLDÜ

Tovuzda ana doğuşdan 19 gün sonra ölüb.

 

Manset.az APA-ya istinadla xəbər verir ki, sentyabrın 28-də rayonun Alakol kənd sakini, 2004-cü il təvəllüdlü Z.Əliyeva rayon Mərkəzi xəstəxanasına doğuş üçün gətirilib.

Qadın xəstəxanada oğlan uşağı dünyaya gətirib. Xəstəxanadan verilən məlumata görə doğuşdan sonra ananın vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb. Bakıda bir neçə gün qaldıqdan sonra qadın vəziyyəti yaxşılaşdığı üçün yaşadığı evə gətirilib. Lakin ötən gün yenidən halı pisləşən 18 yaşlı ana Tovuz rayon ağır vəziyyətdə Mərkəzi xəstəxanasına çatdırılıb və orada keçinib.

Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az