Gədəbəydə 83 yaşlı kişini avtomobil vuraraq öldürdü

00:00 - 25 Oktyabr 2022

Gədəbəydə 83 yaşlı kişini avtomobil vuraraq öldürdü

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1939-cu il təvəllüdlü Vaqif Qasımovu vurub.

83 yaşlı piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az