Bakıda ana uşağı yatdıqdan sonra özünü asdı

13:29 - 26 Oktyabr 2022

Bakıda ana uşağı yatdıqdan sonra özünü asdı

Bakıda qadın intihar edib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində qeydə alınıb. 35 yaşlı Aynurə Babayeva yaşadığı evdə özünü asıb.

Mərhum bir uşaq anası olub. 14 il əvvəl qadının həyat yoldaşı dünyasını dəyişib. İlkin məlumata görə, qadın gecə saatlarında, yeniyetmə övladı yatdıqdan sonra özünü öldürüb. 

A.Babayevanın özünü hansı səbəbdən öldürdüyü hələlik bilinmir. Yaxınları onun heç bir probleminin olmadığını deyiblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az