Tanınmış idmançı Zaur Yusifovu güllələyib qətlə yetirməkdə ittiham olunan Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Manset.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Samir Şirəliyevin verilmiş ittihanlarla təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ötən ilin oktyabrında elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.
Zaur Yusifovu qətlinin qisas məqsədilə törədildiyi ististna edilmir. Çünki onun qətl edən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğlu olub.