Oğuzda evdə partlayış: xəsarət alan var

18:00 - 30 Oktyabr 2022

Oğuzda evdə partlayış: xəsarət alan var

Oğuzda qaz sızmasından partlayış baş verib, bir nəfər xəsarət alıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Sincan kəndində baş verib.

Həmin kənd sakini Məmmədyarov İmran Süleyman oğluna  məxsus yaşayış evində baş verən partlayış zamanı ev sahibinin oğlu Nurlan Məmmədyarov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az