“Mercedes” yolu keçən ana və oğulu vuraraq ÖLDÜRDÜ

10:46 - 31 Oktyabr 2022

“Mercedes” yolu keçən ana və oğulu vuraraq ÖLDÜRDÜ

Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az