Bu stansiyada yanğın oldu

13:05 - 18 Sentyabr 2023

Bu stansiyada yanğın oldu

Bu gün saat 00:25 radələrində ADY-yə məxsus xidmət sahəsi olan Goran Dartı Yarım Stansiyasının I bölməsində yanğın baş verib.

 

"Azərbaycan Dəmir Yolları" QSC-dən Manset.az-a verilən məlumata görə, FHN-in Yanğından Mühafizə briqadalarının köməyi ilə yanğın saat 02:30-da söndürülüb. 

Bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qısa zaman ərzində yaxınlıqda yerləşən digər Dartı Yarım Stansiyalarından sözügedən mənzilə fasiləsiz elektrik enerjisinin verilməsi tam təmin olunub.

Hazırda qatarlar qrafik üzrə hərəkət edirlər. Hadisənin başvermə səbəbi aidiyyəti üzrə araşdırılır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az