"Çelsi"nin futbolçusu Kristofer Nkunku zədələnib.
Manset.az "Metro"ya istinadən xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino bildirib. O, fransalı vingerin 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ilin yayında "Çelsi"də oynayır. O, bu mövsüm 10 oyuna çıxıb və 2 qol vurub.