Belçikanın 2-ci Liqa komandası KV Ostend, borclarının ödənilə bilməyəcək qədər böyük olması səbəbindən gələn il lisenziya ala bilməyəcəklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 1904-cü ildə qurulan klub aşağı liqaya düşmək əvəzinə iflas elan edəcəyini bildirib.
Klub meneceri Verner Van Oostervick mövzu ilə bağlı açıqlamasında bunları deyib:
"Lisenziya olmasa, ikinci həvəskarlar liqasına düşəcəyik, amma oradakı böyük borc yükünü ödəyə bilmərik. Ona görə də müvəqqəti menecer kimi iyunun 3-də KV Oostende-nin iflasına görə müraciət etməkdən başqa çarəm qalmayacaq”.
Əfsanə Rəcəb
Manşet.az