Yığmamızın üzvü oynadı: Komandası qalib gəldi

22:10 - 23 May 2024

Yığmamızın üzvü oynadı: Komandası qalib gəldi

Azərbaycanlı futbolçu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib. 

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, onun komandası “Arda” Konfrans Liqası Qrupunda qələbə qazanıb. 

Karcali klubu 35-ci turda evdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb. Oyunu meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal qarşılaşmanın 70-ci dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, bu qələbədən sonra Hüseynovun komandası 48 xal toplayıb və qrupda lider mövqeyinə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az