"Real" Kroosu əvəzləyəcək 2 namizəd futbolçunu müəyyənləşdirdi

10:00 - 24 May 2024

\"Real\" Kroosu əvəzləyəcək 2 namizəd futbolçunu müəyyənləşdirdi

"Bayern"nin yarımmüdafiəçisi Coşua Kimmiks və "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real Madrid"in maraq dairəsinə düşüb. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə AS nəşri yazır.

Mənbənin məlumatına görə, Madrid təmsilçisi yarımmüdafiəçi Toni Kroos karyerasını başa vurduğunu elan etdikdən sonra ona əvəzləyici axtarmağa başlayıb.

Kimmiks və Rodri İspaniya nəhəngi üçün əsas namizədlərdir.

Xatırladaq ki, Kroos 2014-cü ilin iyulunda "Bayern"dən "Real Madrid"ə keçib.  Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Kroos "krak klubu" ilə dörd İspaniya Çempionatı, bir İspaniya Kuboku və dörd İspaniya Super Kuboku, dörd Çempionlar Liqası kuboku, dörd UEFA Super Kuboku və beş Klublararası Dünya Kuboku qazanıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az