"Fənərbağça"nın prezidentliyə namizədlərindən olan Əziz Yıldırım ümumi qurultayın şura sədri seçilməsinə reaksiya göstərərək qurultayı tərk edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Fənərbağça"nın adi ümumi qurultayında seçkilərlə bağlı gərginlik yaşanıb.
Vəfa Küçük konqres şurasının sədri seçilib. Əziz Yıldırım səslərin bərabər olmaması və seçkinin tamam olmaması ilə bağlı etiraz edib.
Əziz Yıldırım kürsüyə çıxan zaman Ali Koç ayağa qalxaraq onu qarşılayıb. Onalrın əl sıxmasından sonra azarkeşlər “Fənərbaxça” şüarları səsləndiriblər.
Ümumi məclis sədri seçilməsindən narahatlığını kürsüdə dilə gətirən Əziz Yıldırım Vefa Küçükə xitab edərək, “Seçilmədən orada oturdun” deyib.
Vəfa Küçük konqres üzvlərinə “Tribuna işğal olundu” deyə bildirib. Daha sonra o, Əziz Yıldırıma 30 saniyəlik söz haqqı verdiyini açıqlayıb.
Mikrofon qarşısına keçərək konqres üzvlərinə müraciət edən Əziz Yıldırım, "Əziz Fənərbaxçalılar, 1 dəqiqə məni dinləyin. Biz burada Fənərbaxçaya layiq bir konqres keçirmək istəyirik. Ancaq seçki qeyri-demokratik keçdi. Mən gedirəm. Bura, sabah səs verməyə gələcəm" dedikdən sonra stadionu tərk edib: