"Qarabağ"ın qapıçısı futboldan 8 ay uzaq qalacaq

15:05 - 14 İyul 2024

\"Qarabağ\"ın qapıçısı futboldan 8 ay uzaq qalacaq

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

 

Manset.az xəbər verir ki, o, məşq prosesində xəsarət alıb.

Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az