Trendyol Superliqasının 2-ci həftəsində oynanan "Göztəpə" - "Fənərbaxça" matçının ilk yarısında "Göztəpə" idarə heyətinin üzvü Fatih Özkan "Fənərbaxça"nın prezidenti Ali Koça hücum etmişdi.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fatih Özkan "sarı-göylülər" ictimaiyyəti və Ali Koçdan üzr istəyib .
Prokurorluqda ifadə verən Fatih Özkan əslində Ali Koçu meydançadan çıxarmaq istədiyini bildirib:
"Ali Koçu meydançadan çıxarmaq istədim. Yer yaş idi, sürətimi tənzimləyə bilmədim və istəmədən onu bərk itələdim. Ona xəsarət yetirmək fikrində deyildim" , - deyə o, özünü müdafiə edib.
Lakin bu müdafiə Özkanın məhkəmə prosesində cəzalandırılmasının qarşısını ala bilməyib. Məhkəmə Özkana ev dustaqlığı cəzasını təyin edib.
Fidan Əliyeva
Manşet.az