Rusiya millisinin sabiq futbolçusu Aleksey Buqayev həbs edilib.
Manset.az bu barədə rus mediasına istinadən xəbər verir.
Məlumata görə, o, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yüksək dövriyyəsinə görə məsuliyyətə cəlb edilib.
Futbolçu cinayət işi üzrə ciddi rejimli cəzaçəkmə müəssisəsində 9,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Buqayev "The Euro 2004"ün iştirakçısı olub.

Fidan Əliyeva
Manşet.az