"Real Madrid"in fransız ulduzu Kilian Mbappe aldığı zədə səbəbindən 3 həftə meydanlardan uzaq qalacaq.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mbappe "Atletiko Madrid", "Lill" və "Vilyarreal"la matçlarda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, İspaniya nəhəngi Mbappenin sol budundan zədə aldığını açıqlamışdı.